image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Turandot

Turandot

Tamaşa
  • Heydər Əliyev Sarayı
  • 24 okt 2026 - 26 okt 2026

“TURANDOT”

(3 pərdəli opera)

Quruluşçu rejissor – Mikayıl Mikayılov

Quruluşçu rəssam – Mustafa Mustafayev

İcraçı rəssam – Əməkdar mədəniyyət işçisi Tehran Babayev

Xormeyster – Əməkdar incəsənət xadimi Sevil Hacıyeva

 

24 oktyabr tarixində

İŞTİRAK EDİRLƏR:

Turandot – Dəvətli solist

Kalaf – Xalq artisti Yusif Eyvazov

Liu – Əməkdar artist Afaq Abbasova

Timur – İqor Yadrov

Pinq – Mahir Tağızadə

Panq – Fəhmin Əhmədli

Ponq – Əməkdar artist Tural Ağasıyev

İmperator Altoum – Əməkdar artist Əliəhməd İbrahimov

Mandarin – Əməkdar artist Cahangir Qurbanov

 

25 oktyabr tarixində

İŞTİRAK EDİRLƏR:

Turandot – Əməkdar artist Fəridə Məmmədova

Kalaf – Əməkdar artist Fərid Əliyev

Liu – Fatimə Cəfərzadə

Timur – Xalq artisti Əkrəm Poladov

Pinq – Əməkdar artist Anton Ferştandt

Panq – Məhəmməd Şəmmədov

Ponq – Əməkdar artist Tural Ağasıyev

İmperator Altoum – Əməkdar artist Əliəhməd İbrahimov

Mandarin – Orxan Cəlilov

 

26 oktyabr tarixində

İŞTİRAK EDİRLƏR:

Turandot – Əməkdar artist İlahə Əfəndiyeva

Kalaf – Xalq artisti Samir Cəfərov

Liu – Əməkdar artist İnarə Babayeva

Pinq – Taleh Yahyayev

Ponq – Əməkdar artist Tural Ağasıyev

İmperator Altoum – Əməkdar artist Əliəhməd İbrahimov

 

Cakomo Puççini – "Turandot" operasının qısa məzmunu

I pərdə

Hadisələr qədim Pekində, imperator sarayının qarşısında baş verir. Şahzadə Turandotla evlənmək istəyən hər bir namizəd üç tapmacanı cavablandırmalıdır. Uduzanlar edam edilir. Fars şahzadəsinin edamını izləməyə toplaşan izdiham arasında sürgündə olan Tatar şahzadəsi Kalaf, atası Timur və ona sədaqətlə xidmət edən Liu ilə qarşılaşır. Turandotu görən Kalaf ona ilk baxışdan aşiq olur. Dövlət nazirləri Pinq, Panq, Ponqun təhdidlərinə və ölüm təhlükəsinə baxmayaraq, sınaqda iştirak etmək qərarına gəlir. Timur və Liu onu bu fikrindən daşındırmağa çalışsa da, Kalaf sarayın böyük zəngini vuraraq öz qərarını elan edir.

II pərdə

Sarayda dövlət nazirləri Pinq, Panq, Ponq qanlı hadisələrdən bezdiklərini dilə gətirir və xəyal etdikləri həyatı gözlərinin önündə canlandırırlar. Daha sonra imperator Altoum və Turandot meydana çıxırlar. Turandot əsrlər öncə yaşamış əcdadı Şahzadə Lou-Linqin zorakılığın qurbanı olduğunu xatırladır və buna görə heç bir kişiyə təslim olmayacağına and içdiyini bildirir. Kalaf ardıcıl olaraq üç tapmacanın hamısına düzgün cavab verir. Turandot məğlubiyyətini qəbul etmək istəmir. Kalaf isə ona son bir şans verir: əgər səhərə qədər onun adını öyrənə bilsə, ölümə razı olacaq; öyrənə bilməsə, Turandot onunla evlənməlidir.

III pərdə

Turandot bütün şəhərdə Kalafın adını öyrənmək üçün əmr verir və heç kimin yatmasına icazə verilmir. Kalaf məşhur "Nessun dorma" ariyasını oxuyaraq qələbəsinə əmin olduğunu bildirir. Kalafın adını öyrənmək üçün onun atası Timur və Liu həbs olunur. Turandotun əsgərləri Liudan Kalafın adını öyrənmək üçün ona işgəncələr versələr də, o, sirri açmır və sevdiyi insanı qorumaq naminə öz həyatına son qoyur. Liunun fədakarlığı Turandotu dərindən sarsıdır. Sonda Kalaf öz adını Turandota açıqlayır və taleyini onun ixtiyarına buraxır. Turandot sevginin qəlbində yaratdığı dəyişikliyi qəbul edir və xalq qarşısında naməlum şahzadənin adının "Sevgi" olduğunu elan edir. Opera onların qovuşması və sevginin qələbəsi ilə başa çatır.