Dayının yuxusu
Tamamlandı- Akademik Milli Dram Teatrı
- 16 sen 2026 - 17 sen 2026
F.M. Dostoyevski
“DAYININ YUXUSU”
Fyodor Dostoyevskinin "Dayının yuxusu" əsəri əsasında hazırlanan tamaşa şöhrətpərəstlik və mənəvi seçim haqqında düşündürücü komediyadır.
Hadisələr kiçik bir şəhərdə cərəyan edir. Şəhərin nüfuzlu qadınlarından biri olan Mariya Aleksandrovna qızını varlı və yaşlı knyazla evləndirmək istəyir. O, bu məqsədə çatmaq üçün müxtəlif hiylələrə əl atır. Lakin gözlənilməz hadisələr bütün planları alt-üst edir.
Tamaşa boyu qəhrəmanların həqiqi siması tədricən üzə çıxır. Gülüş doğuran hadisələrin arxasında insan zəiflikləri və mənəvi boşluq görünür. Əsər cəmiyyətin saxta dəyərlərini və var-dövlət hərisliyini incə yumorla tənqid edir. Tamaşa həm əyləndirir, həm də tamaşaçını düşünməyə sövq edir.
Əsər bu gün də aktuallığını qoruyan mənəvi və ictimai problemlərə toxunur. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.
Keçiriləcəyi yer
Akademik Milli Dram TeatrıDigər tədbirlər
-
Dorian Qreyin portreti | "WHITEROOF" teatr studiyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
05 sen 2026 - 09 yan 2027 19:00 -
Dəlinin qeydləri | "WHITEROOF" teatr studiyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
13 sen 2026 - 10 yan 2027 19:00 -
Arşın mal alan Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu
11 noy 2026 - 11 noy 2026 19:00