image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
В царстве нефти, алчности и миллионов

В царстве нефти, алчности и миллионов

Tamaşa
  • Akademik Rus Dram Teatrı
  • 23 sen 2026 - 30 sen 2026

 Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı öz tarixində ilk dəfə imersiv tamaşa təqdim edir.

Bakı, 1916-cı il. Neft qaydaları diktə edir. Pul mazut və şampan qoxuyur. Teatr və kinematoqraf insan ruhu uğrunda mübahisə aparır. Və böyük aktyor Hüseyn Ərəblinski çəkilişlərin başlamasına 4 gün qalmış yoxa çıxır.

Tamaşanın hadisələri teatrın müxtəlif guşələrində cərəyan edir: quruluşçu rejissor Konstantin Soldatov və aktyorlar Murad Məmmədov ilə Teymur Rəhimov tamaşaçıları Rus Dram Teatrının adətən tamaşaçılara açıq olmayan məkanları ilə tanış edəcəklər.

Siz elə bilirdiniz ki, sadəcə kənardan izləyəcəksiniz? Xeyr, siz axtarışın bir hissəsi olacaqsınız.

Bu, imersiv tamaşadır. Burada siz tamaşaçı deyilsiniz. Siz iştirakçısınız.

 

"Akademik Rus Dram Teatrı"