image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Vienna Strauss Philharmonie Orchestra

Vienna Strauss Philharmonie Orchestra

Konsert
  • Bakı Konqres Mərkəzi
  • 06 dek 2026 - 06 dek 2026




6 dekabr 2026-cı il tarixində Vienna Strauss Philharmonie Orchestra yenidən Bakıda konsert
proqramı ilə çıxış edəcək.

Kollektiv yeni proqram təqdim edəcək. Proqrama Motsartın, Bramsın, Offenbaxın, Rossininin,
parlaq Kalmanın əsərləri, eləcə də Ştrauslar sülaləsinin ölməz musiqi inciləri daxildir.

Orkestr 2014-cü ildə Vyanada müxtəlif tanınmış musiqi kollektivlərinin musiqiçiləri tərəfindən
yaradılmışdır.

Orkestrin dəyişməz dirijoru uzun və uğurlu yaradıcılıq yolu keçmiş, istedadlı və xarizmatik maestro
Andraş Deakdır.

Bu qastrol səfəri üçün Avstriya, Macarıstan, Yaponiya, Ukrayna, Almaniya, Polşa, Tayvan,
Xorvatiya və Kiprdən olan 27 musiqiçi xüsusi münsiflər heyəti tərəfindən seçilmişdir.

Kollektivin fəaliyyəti Vyana musiqi mədəniyyətinin qorunmasına və inkişafına, eləcə də onun
Avropa və beynəlxalq səviyyədə təbliğinə yönəldilmişdir.

Təşkilatçılar ümid edirlər ki, bu musiqi axşamı tamaşaçılara UNUDULMAZ VƏ SEVİNC DOLU
EMOSİYALAR bəxş edəcək.

https://youtu.be/3uc7F1cdswo?si=s5_hLGgF2dMdfZq4

Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin "B" girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər. Bu əlavə xidmət bileti tədbirə giriş üçün nəzərdə tutulmayıb. Tədbirə daxil olmaq üçün tədbir bileti əldə etmək zəruridir.

Tədbir qonaqları “Sürətli keçid + Avto dayanacaq” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin Təbriz küçəsi tərəfindən "B" girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.

"Bakı Konqres Mərkəzi"