Sərgi "Mən buradayam"
other- QGallery
- 09-10 okt 2026 00:00
9-10 oktyabr tarixlərində QGallery-də rəssam Aynurə Mustafayevanın yeni fərdi sərgisi təqdim olunacaq. Sərgi daşın yaddaş daşıyıcısı kimi dərk edilməsinə həsr olunub. Qədim petroqliflər, tamğalar, simvollar və insan izlərindən ilhamlanan əsərlərdə keçmişlə bu gün arasında dialoq qurulur. Sərginin "Mən buradayam" adı zamanın o tayından gələn bir ismarıc kimi səslənir.
Instagram