image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənc səslər gələcəyə səslənir” adlı konsert

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənc səslər gələcəyə səslənir” adlı konsert

Konsert
  • Fidan Hacıyevanın vokal musiqi məktəbi
  • 13 sen 2026 - 13 sen 2026

III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunan “Gənc səslər gələcəyə səslənir” layihəsinin növbəti konsertində Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva gənc opera ifaçıları ilə birlikdə səhnəyə çıxacaq.

Gecədə Aysu Əliyeva, Ləman Mustafazadə, Rauf Məmmədzadə və Anar Xanməmmədli dünya opera inciləri və Azərbaycan bəstəkarlarının sevilən əsərlərindən ibarət rəngarəng proqramla tamaşaçıların qarşısında çıxış edəcəklər.

Konsert dinləyicilərə peşəkar ifaçılıq sənəti ilə gənc istedadların yaradıcılığını bir arada izləmək və opera musiqisinin zəngin dünyasını fərqli ifalarda kəşf etmək imkanı yaradacaq.

"Fidan Hacıyevanın vokal musiqi məktəbi"

Keçiriləcəyi yer

Fidan Hacıyevanın vokal musiqi məktəbi