Zəhri-Mar
Tamaşa- Gəncə Dövlət Milli Dram Teatrı
- 17 iyl 2026 - 26 sen 2026
“Zəhri-Mar”
Yaş reytinqi: 16+
Müəllif: Abdulla Elşadlı
Quruluşçu rejissor: Abdulla Elşadlı
Rollarda: Novuz Cəfərov (Əməkdar artist), Şahmar Məmmədov, Zülfiyyə Əliyeva, Zəminə Cəfərova, Zeynəb Hüseynova, Aysu Kəngərli, Ruslan Hüseynov, Elmir Məmmədov və Ümid Orucov
Janr: ailə dram
Tamaşanın müddəti: 1 saat 20 dəq
Tamaşanın başlanma vaxtı: 19:00
Müasir dövrdə texnologiyanın inkişafı, sosial dəyişikliklər və psixoloji problemlərin artması narkotik maddələrin yayılmasını daha da sürətləndirir. Xüsusilə gənclər arasında narkotik vasitələrə marağın artması cəmiyyət üçün daha böyük təhlükə yaradır. Buna görə də narkomaniya artıq yalnız tibbi problem deyil, həm də sosial, psixoloji və mənəvi faciə hesab olunur. Məhz bu səhnə əsəri ağır psixoloji ailə faciəsidir. Tamaşa narkomaniya bəlasının yalnız bir insanı deyil, bütöv bir ailəni, münasibətləri və insan ləyaqətini necə məhv etdiyini göstərir. “Zəhri-Mar” yalnız narkomaniya haqqında tamaşa deyil. Bu əsər sevgisinin altında əzilən analar, sınmış zəhmətkeş, sağlamlığını və cavanlığını öz övladının təhsili və gələcəyinə qurban vermiş atalar, ümidsiz gənclər və insanı öz övladına qarşı belə aciz qoyan bir cəmiyyət faciəsini göstərə bilir.