image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Önəmsiz bir qadın

Önəmsiz bir qadın

Tamamlandı Tamaşa
  • Pray Teatrı
  • 17 may 2026 - 17 may 2026


“Önəmsiz bir qadın” monotamaşası cəmiyyətin qadına qarşı ikiüzlü münasibətini dərin emosional dillə nümayiş etdirir. Tamaşanın mərkəzində keçmişi səbəbilə mühakimə olunan, lakin daxilən güclü və ləyaqətli bir qadının faciəsi dayanır. O, sevgi, vicdan və ana hissi arasında çətin seçim etməyə məcbur qalır. Monoloq boyunca qəhrəmanın daxili ağrıları, susdurulmuş həqiqətləri və mənəvi mübarizəsi açılır. Tamaşa tamaşaçını insanın dəyəri, bağışlama və cəmiyyətin saxta əxlaqı haqqında düşünməyə vadar edir.

Tədbirə gecikən şəxslərin zala daxil olmasına icazə verilməyəcək!

Tədbirdən sonra materiallar

Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.

"Pray Teatrı"