Qədim daşlar arasında
Konsert- Şirvanşahlar Sarayı Kompleksi
- 18 sen 2026 - 18 sen 2026
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində xüsusi klassik musiqi konserti keçiriləcək. Konsert Şirvanşahlar Sarayının qədim divarlarının əhatəsində, möhtəşəm ab-havaya malik açıq məkanda baş tutacaq.
18 sentyabr tarixində Şirvanşahlar Sarayının tarixi məkanı müxtəlif dövrlərə və bəstəkarlara aid musiqi əsərləri ilə canlanacaq. Bu xüsusi axşamda klassik musiqinin seçilmiş nümunələri istedadlı vokalçıların, pianoçuların və simli kvartetin ifasında səslənəcək.
Bu, musiqinin tarixlə qovuşduğu, qədim memarlığın isə konsertin ayrılmaz hissəsinə çevrildiyi unudulmaz bir axşam olacaq. Xüsusi atmosfer, canlı musiqi və İçərişəhərin valehedici gözəlliyi tamaşaçılara yaddaqalan təəssüratlar bəxş edəcək.
Konsertdə iştirak edirlər:
Gülsüm Xəlilova — vokal
Atilla Qərib — vokal
Atilla Məmmədov — vokal
Ləman Babazadə — vokal
Səməd Novruzov — vokal
Daniil Kirillov — fortepiano
Samra Həsənli — fortepiano
The Passion Strings — simli kvartet
Axşamın xüsusi qonağı:
Azərbaycanın Xalq artisti Fidan Hacıyeva
Sizi musiqi, tarix və qədim Bakının bənzərsiz ab-havasının bir araya gəldiyi bu möhtəşəm axşamı bizimlə birlikdə keçirməyə dəvət edirik.