“Xalqın mədəni sərvəti” Cahangir Cahangirov – 105
Konsert- Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu
- 24 okt 2026 - 24 okt 2026
24 oktyabr saat 19:00-da Opera Studiyasında Azərbaycan musiqi mədəniyyətinin korifeyi, Xalq artisti, görkəmli bəstəkar Cahangir Cahangirovun anadan olmasının 105 illiyinə həsr olunmuş təntənəli konsert proqramı keçiriləcək.
Musiqi gecəsində bəstəkarın zəngin irsinə aid ölməz əsərlər və dillər əzbəri olan unudulmaz nəğmələr respublikanın tanınmış sənətçiləri — Xalq artistləri Niyaməddin Musayev, Samir Cəfərov, Gülyaz Məmmədova, Əməkdar artist Elnarə Abdullayeva, solistlər Kamilə Nəbiyeva, Zabitə Alıyeva, Rövşən Əziz, Aytac Bəybalayeva və başqalarının ifasında, canlı ansamblın müşayiəti ilə təqdim olunacaqdır.
Bütün musiqisevərləri bu unudulmaz xatirə gecəsinə dəvət edirik!