APEX After The Dark: JAMIE JONES
Konsert- FOMO Baku (açıq hava)
- 25 sen 2026 - 26 sen 2026
25 sentyabr tarixində FOMO-nun qarşısındakı açıq havada keçiriləcək APEX, Baku City Circuit və iTicket Production əməkdaşlığı ilə mövsümün ən möhtəşəm elektron musiqi tədbirlərindən birinə çevriləcək.
Gecənin əsas ulduzu dünya house musiqisinin ən nüfuzlu simalarından biri olan Jamie Jones olacaq. İbizanın əfsanəvi Circoloco gecələrindən və özünün məşhur Paradise layihəsindən tutmuş, Coachella, Glastonbury, Tomorrowland və Burning Man kimi dünyanın ən böyük festivallarına qədər Jamie Jones illərdir elektron musiqi səhnəsinin istiqamətini müəyyənləşdirən sənətçilərdən biridir.
Onun unikal ritmi, qüsursuz musiqi seçimi və rəqs meydançasında yaratdığı xüsusi atmosfer bu gecəni həqiqətən unudulmaz edəcək.
Bir gecə. Bir səhnə. Mövsümün ən möhtəşəm open-air təcrübələrindən biri.