“DANIŞIR BAKI” FESTİVALI
Konsert- CHEVRE COMMUNITY
- 04 okt 2026 - 04 okt 2026
🎟️ DANIŞIR BAKI FESTİVALI — Bir Dövrün Hekayəsi
Bəzən insan bir şəhərin küçələri üçün yox, o küçələrdəki uşaqlığı, gəncliyi və sadə anları üçün darıxır…
“Danışır Bakı” festivalı 90-cı və 2000-ci illərin əvvəllərinin unudulmaz Bakı ab-havasını yenidən yaşatmaq üçün gəlir!
Telefonların cibimizdə olmadığı, insanların bir-birinə daha yaxın olduğu, həyətlərin uşaq səsləri ilə dolduğu və musiqinin kasetlərdən süzüldüyü illərə nostalji dolu bir səyahətə çıxın. O dövrü yaşamısınızsa, böyüdüyümüz Bakının ruhunu yenidən hiss etmək və ən gözəl xatirələri yaşatmaq fürsətini qaçırmayın.
Festivalda Sizi Nələr Gözləyir?
📻 Nostalji Ab-hava və Məhəllə İnteraktivləri
Festival ərazisində 90-cı illərin Bakı ruhunu canlandıran retro guşələr, art market və sərgilər, həmçinin müxtəlif interaktiv zonalar sizi gözləyir:
* 90-lar Məhəllə Oyunları zonası
* Nərd, domino, 7 şüşə və 11 tuş
* Dendi və Sega oyun guşəsi
* Vinil və retro musiqi
* Retro avtomobillər
* Retro film nümayişi
* Xatirə dəftəri
* Uşaqlıq dadları
* Dövrün dəbi və küçə mədəniyyəti
* Digər nostalji və interaktiv təcrübələr
🎙️ Əsas Səhnə
Azərbaycan səhnəsinin sevilən ulduzlarının canlı ifaları və gecəni tamamlayacaq unudulmaz DJ performansları:
* 20:00 – 20:30 | Tural x Turan
* 20:30 – 21:00 | Diana Hacıyeva
* 21:00 – 21:30 | Sevda Ələkbərzadə
* 21:30 – 22:00 | Elnur Huseyin
* 22:00 – 00:00 | DJ Pancho & DJ Tim — Retro & Hit DJ Performansı
⭐ Priority Bilet Sahibləri Üçün Eksklüziv Festival Təcrübəsi
Priority bilet sahiblərini festival çərçivəsində xüsusi və daha komfortlu təcrübə gözləyir.
Chevrä Community-nin 5-ci mərtəbəsində yerləşən yeni istifadəyə verilmiş müasir musiqi zalı yalnız Priority qonaqları üçün ayrılmış xüsusi zona olacaq.
Priority Zonada Sizi Nələr Gözləyir?
* Bitter Bar — gecə boyunca fasiləsiz xidmət göstərən və xüsusi içkilər təqdim edən butik bar.
* Eksklüziv Jazz Jam Session — Diana Hacıyeva və tanınmış yerli caz ustalarının canlı ifaları.
* Retro Film Nümayişi — Park Cinema-nın təqdimatı ilə nostalji ab-havalı retro film seansı.
* “Green Roots” Immersive Art Instalyasiyası — məhz 5-ci mərtəbədəki Priority zonası üçün hazırlanmış interaktiv incəsənət təcrübəsi.
🎷 Priority Caz Səhnəsi — 5-ci Mərtəbə
22:00 – 00:00 | Diana Hacıyeva və yerli cazmenlər
Eksklüziv Jazz Jam Session
Gecəni xüsusi atmosfer, canlı caz musiqisi və seçilmiş festival təcrübəsi ilə davam etdirin.
Gəl, Bakının ən gözəl xatirələrini birlikdə yenidən yaşayaq və yaşadaq!
Əsl festival ruhunu nostalji, musiqi, incəsənət və xüsusi komfortla yaşamaq üçün “Danışır Bakı” festivalına biletlərinizi əldə edin!