image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
BEER & FOOD FESTIVAL 2026

BEER & FOOD FESTIVAL 2026

Konsert
  • EGP Arena (Su İdman Sarayının yaxınlığında)
  • 02 okt 2026 - 04 okt 2026

Uzun müddətdir gözlənilən bu festival nəhayət Bakıda reallaşır. 2, 3 və 4 oktyabr tarixlərində paytaxt üç gün ərzində musiqi, qastronomiya və əyləncənin bir araya gəldiyi böyük festival atmosferinə ev sahibliyi edəcək.

Avropanın məşhur pivə və qastronomiya festivallarının, o cümlədən Oktoberfest-in özünəməxsus ab-havasını nəhayət Azərbaycanda da hiss etmək mümkün olacaq. Beer & Food Festival bu festival mədəniyyətini Bakı auditoriyasına müasir, fərqli və xüsusi formatda təqdim edəcək.

Üç gün davam edəcək Beer & Food Festival-ın hər günü fərqli konsepsiya və xüsusi proqram əsasında təşkil olunacaq. Festivalın böyük səhnəsində canlı musiqi proqramları, tanınmış ifaçıların çıxışları, DJ setləri, müxtəlif şoular və performanslar təqdim ediləcək.

Festival proqramında tanınmış şef-aşpazların, food-blogerlərin və məşhur simaların iştirakı da nəzərdə tutulur. Qonaqları xüsusi təqdimatlar, fərqli qastronomik təcrübələr, interaktiv proqramlar, yarışlar və çoxsaylı yeniliklər gözləyir.

FESTİVAL ZONALARI

Festival ərazisi müxtəlif konseptual, qastronomik və əyləncə zonalarından ibarət böyük festival məkanı kimi qurulacaq:

Food Court — ölkənin tanınmış restoranlarının bir araya gələcəyi geniş qastronomik zona. Burada festival qonaqlarına müxtəlif mətbəxlər, xüsusi festival menyuları və fərqli dadlar təqdim olunacaq.

Beer Zone — müxtəlif pivə brendlərinin və məhsullarının təqdim ediləcəyi festivalın əsas tematik zonalarından biri.

Beer Game Zone — festivalın ən əyləncəli və interaktiv məkanlarından biri. Burada qonaqları festival ab-havasına uyğun müxtəlif oyunlar, əyləncəli yarışlar, komanda challenge-ləri və xüsusi aktivliklər gözləyəcək.

Cocktail & Wine Garden — müxtəlif kokteyllərin və şərabların təqdim ediləcəyi, özünəməxsus atmosferə malik xüsusi zona.

Shisha Zone — festival qonaqları üçün ayrıca təşkil olunmuş xüsusi istirahət və əyləncə məkanı.

Chill Zone — festivalın dinamik atmosferi arasında dincəlmək, dostlarla vaxt keçirmək və festival ab-havasından zövq almaq üçün nəzərdə tutulmuş rahat məkan.

Car Exhibition — festivalın diqqətçəkən hissələrindən biri olacaq xüsusi avtomobil sərgisi. Burada müxtəlif avtomobillərlə yanaşı, nadir və xüsusi modellər də nümayiş etdiriləcək.

Kids Zone — festivalın balaca qonaqları üçün ayrıca hazırlanmış əyləncə məkanı. Burada uşaqları yaşlarına uyğun müxtəlif fəaliyyətlər, oyunlar və əyləncələr gözləyəcək.

VIP Lounge — festivalı daha komfortlu və xüsusi atmosferdə yaşamaq istəyən qonaqlar üçün nəzərdə tutulmuş ayrıca VIP məkan. VIP Lounge üzrə mövcud yerlər və bilet seçimləri ilə aşağıda təqdim olunan sxem vasitəsilə tanış olmaq mümkündür.

Bununla yanaşı, festival ərazisində müxtəlif interaktiv və əyləncə məkanları, foto zonalar və xüsusi aktivliklər fəaliyyət göstərəcək.

BİLETLƏR

1 günlük giriş bileti — 20 AZN
Bilet bir nəfərə seçilmiş festival günü əraziyə giriş hüququ verir.

3 günlük Festival Pass — 50 AZN
Bilet bir nəfərə festivalın hər üç günü — 2, 3 və 4 oktyabr tarixlərində əraziyə giriş imkanı yaradır.

VIP Lounge biletləri
VIP Lounge üçün nəzərdə tutulmuş yerlər aşağıda təqdim olunan sxem əsasında seçilə bilər.

Beer & Food Festival sadəcə musiqi və qastronomiya tədbiri deyil. Bu, üç gün ərzində fərqli dadları, musiqini, əyləncəni, avtomobil mədəniyyətini, interaktiv təcrübələri və festival atmosferini bir məkanda birləşdirəcək böyük şəhər hadisəsidir.

Çoxdan gözlənilən festival nəhayət reallaşır!

Bakı, hazır ol!

"EGP Arena (Su İdman Sarayının yaxınlığında)"

Keçiriləcəyi yer

EGP Arena (Su İdman Sarayının yaxınlığında)