image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
DJ Abdullah Demir

DJ Abdullah Demir

Konsert
  • Shimmer Restaurant, White Beach Club
  • 29 avq 2026 - 30 avq 2026

Abdullah Demir Sea Breeze-də! 

Trendə çevrilən mahnıları və özünəməxsus ifası ilə milyonların sevgisini qazanan Abdullah Demir bu yay sevənləri ilə Sea Breeze White Beach-də yerləşən Shimmer səhnəsində görüşəcək!

“İkili Delilik”, “Arada Sırada”, “Dönence”, “Aldırma Deli Gönlüm” və daha bir çox hit trekin müəllifi olan Abdullah Demir, dənizə 0 km məsafədə qurulan Shimmer səhnəsində unudulmaz canlı performansı ilə yay gecəsinə damğa vuracaq.

Dəniz mənzərəsi, açıq hava atmosferi, möhtəşəm səhnə şousu və hər kəsin birlikdə səsləndirəcəyi hit mahnılarla dolu bu gecə yayın ən yaddaqalan tədbirlərindən biri olacaq.

Konsertdən sonra isə əyləncə tam sürətlə davam edəcək! DJ Rash və xüsusi rəqs performansları gecəyə fərqli enerji qatacaq, ritm isə gecənin sonuna qədər dayanmayacaq.

Musiqi, əyləncə və yay enerjisinin bir araya gəldiyi bu möhtəşəm gecədə sən də bizimlə ol! Sea Breeze White Beach-də yerləşən Shimmer səhnəsində görüşənədək! 

VIP biletlər haqqında ətraflı məlumat:

4 neferlik -200 AZN DEPOZIT/ 100 AZN BILET
5 neferlik - 250 AZN DEPOZIT/ 150 AZN BILET
6 neferlik - 300 AZN DEPOZIT / 180 AZN BILET

"Shimmer Restaurant, White Beach Club"

Keçiriləcəyi yer

Shimmer Restaurant, White Beach Club