DOSTOYEVSKİ FM: Mordasov xronikaları
Tamaşa- Akademik Milli Dram Teatrı
- 16 sen 2026 - 17 sen 2026
F.M. Dostoyevski
“DOSTOYEVSKİ FM: Mordasov xronikaları”
Fyodor Dostoyevskinin "Dayının yuxusu" əsəri əsasında hazırlanan tamaşa şöhrətpərəstlik və mənəvi seçim haqqında düşündürücü komediyadır.
Hadisələr kiçik bir şəhərdə cərəyan edir. Şəhərin nüfuzlu qadınlarından biri olan Mariya Aleksandrovna qızını varlı və yaşlı knyazla evləndirmək istəyir. O, bu məqsədə çatmaq üçün müxtəlif hiylələrə əl atır. Lakin gözlənilməz hadisələr bütün planları alt-üst edir.
Tamaşa boyu qəhrəmanların həqiqi siması tədricən üzə çıxır. Gülüş doğuran hadisələrin arxasında insan zəiflikləri və mənəvi boşluq görünür. Əsər cəmiyyətin saxta dəyərlərini və var-dövlət hərisliyini incə yumorla tənqid edir. Tamaşa həm əyləndirir, həm də tamaşaçını düşünməyə sövq edir.
Əsər bu gün də aktuallığını qoruyan mənəvi və ictimai problemlərə toxunur. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.