Tanrıya on dörd məktub
Tamaşa- Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı
- 06 dek 2026 - 06 dek 2026
Erik-Emmanuel Smitt. “Tanrıya on dörd məktub”
Yaş reytinqi: 14+
Müəllif: Erik-Emmanuel Smitt
Quruluşçu rejissor və tərcümə müəllifi: Nicat Mir Kazımov (Əməkdar artist)
Quruluşçu rəssam: Mustafa Mustafayev
Rəqslərin quruluşu: Nailə Məmmədzadə (Əməkdar artist)
Fəndlərin quruluşu: İsa Əsədov
Fransız dili məsləhətçisi: Mirsahib Musayev
Əsas rolların ifaçıları: Əməkdar artistlər Nicat Mir Kazımov, Qəmər Məmmədova, artistlər Anar Səfiyev, Sənan Kazımov, Zemfira Əbdülsəmədova, Təhminə Məmmədova, Ramil Şamiloğlu, Bəhram Əliheydər, Mətləb Abuşov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Elmanoğlu, Araz Pirimov
Janr: psixoloji dram
Tamaşanın müddəti: I hissə - 1 saat
II hissə - 55 dəqiqə
Xərçəng xəstəliyinə tutulmuş on yaşlı Oskar öz daxili dünyası ilə mübarizə aparıb cəmiyyət həyatına qarışır. Bu, Roza nənənin dəstəyilə baş verir. Oskar həyat sınaqlarında bərkiyir, özünü, dünyanı anlayır. Lakin bütün yaranmışlar kimi, ayrılıq ona da ağır təsir edir, çünki sevdiklərindən ayrılır...
Ağır dramatizmdən törəyən hadisələr tamaşanın plastik həllində əriyib bəşəri məqsədi ön plana çəkir. Tamaşa insanlara bir-birinə dəstək, yardım kimi humanizm hissləri aşılayır.
Tamaşanı gözəl işıq və musiqi effektləri müşaiyət edir.
Keçiriləcəyi yer
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar TeatrıDigər tədbirlər
-
Dorian Qreyin portreti | "WHITEROOF" teatr studiyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
05 sen 2026 - 09 yan 2027 19:00 -
Dəlinin qeydləri | "WHITEROOF" teatr studiyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
13 sen 2026 - 10 yan 2027 19:00 -
Əli və Nino – premyera Gəncə Dövlət Milli Dram Teatrı
13 noy 2026 - 27 noy 2026 19:00