GARAGE26 Fest
Konsert- YARAT Müasir İncəsənət Məkanı
- 22 avq 2026 - 22 avq 2026
GARAGE26 Fest
YARAT Müasir İncəsənət Məkanı sizi avqustun 22-də keçiriləcək GARAGE26 Fest-ə dəvət edir.
GARAGE26 XX əsrin 80–90-cı illərinin anderqraund küçə mədəniyyətinin ruhunu yenidən canlandıraraq skeyt, küçə sənəti, musiqi və müstəqil yaradıcılığın kəsişdiyi unikal məkan təqdim edir.
Bu, sadəcə keçmişə nostalji baxış deyil. GARAGE26 küçələrdən doğan yaradıcılıq enerjisinin bu gün də aktuallığını qoruduğunu, yeni ifadə formaları qazandığını və müasir şəhər mədəniyyətini formalaşdırmağa davam etdiyini göstərən canlı təcrübədir.
Festival proqramına retro və müasir oyun zonası, interaktiv qraffiti divarı, skeytbord və skuter yarışları, eləcə də küçə rəqsləri üzrə batl daxildir.
⸻
GAME Bros. (Retro və müasir oyunlar)
Məkan: YARAT Mərkəzi, YARAT Təhsil (I mərtəbə)
1980–1990-cı illərin əfsanəvi oyunlarından yeni nəsil platformalaradək uzanan oyun dünyasını kəşf edin. Retro konsollarda nostaljini yaşayın, müasir platformalarda bacarıqlarınızı sınayın və dostlarınızla unudulmaz oyun təcrübəsi bölüşün.
Dəstək: Retro Games Baku və Red Bull
18:00–20:00
Yaş məhdudiyyəti: 16+
İştirakçı limiti: 150
⸻
TheVara — İnteraktiv qraffiti divarı
Məkan: Bakı Bulvarı (YARAT Mərkəzinin qarşısı)
Rəssam: Azydeon
İştirakçılar öz düşüncələrini, hisslərini və yaradıcı ideyalarını qraffiti vasitəsilə ifadə edərək müştərək sənət əsərinə töhfə verəcəklər. Sonda Azydeon bütün bu fərdi izləri birləşdirərək küçə mədəniyyətinin ruhunu əks etdirən vahid qraffiti əsəri yaradacaq.
18:00–20:00
Yaş məhdudiyyəti: 6+
İştirakçı limiti: 200
⸻
Urban Roll — Skeytbord və skuter yarışı
Məkan: Bakı Bulvarı (YARAT Mərkəzinin qarşısı)
Küçə idmanının enerjisini hiss edin və özünüzü sınayın. Skeytbord və skuter həvəskarları üçün nəzərdə tutulmuş bu yarış bacarıqlarınızı nümayiş etdirmək və festivalın ən dinamik proqramlarından birində yer almaq imkanı yaradacaq.
Qeydiyyat bu bölmə üzrə yarış iştirakçısı kimi aparılır.
18:00–20:00
Yaş məhdudiyyəti: 12+
İştirakçı limiti: 150
⸻
"Qaraj" rəqs yarışı (izləyici kimi iştirak)
Məkan: Bakı Bulvarı (YARAT Mərkəzinin qarşısı)
Küçə rəqslərinin ritmini və rəqabət ruhunu canlı izləyin. Fərqli üslubları təmsil edən istedadlı rəqqasları bir araya gətirən "Qaraj" rəqs yarışı festivalın ən yaddaqalan proqramlarından biri olacaq.
20:00–23:30
Yaş məhdudiyyəti: 6+
İzləyici limiti: 250
⸻
Tədbir YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunur və Bakı Bulvar İdarəsi, Retro Games Baku, Unity Dance, Urban Art Community Azerbaijan, Red Bull, United Coffee Beans və iTicket platformasının dəstəyi ilə həyata keçirilir.
Tədbirə giriş ödənişsizdir, lakin iştirak üçün əvvəlcədən iTicket platformasında qeydiyyatdan keçmək tələb olunur.
Əlavə məlumat: +994 50 246 92 92