Global HR və Liderlik Forumu 2026
Seminar- Dreamland Golf Academy
- 13 sen 2026 - 13 sen 2026
GLOBAL HR VƏ LİDERLİK FORUMU 2026
Dünya miqyasında HR və Liderlik sahəsində ilin ən böyük beynəlxalq forumlarından biri!
Dünyaca məşhur HR ekspertləri, beynəlxalq alimlər, liderlik üzrə kouçlar, CEO-lar və iş insanları ilk dəfə eyni platformada!
Global HR və Liderlik Forumu 2026 insan resursları, liderlik, süni intellekt, təşkilati inkişaf və gələcəyin iş dünyasına həsr olunmuş beynəlxalq platformadır.
Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən tanınmış HR liderləri, beynəlxalq alimlər, qlobal şirkətlərin rəhbərləri, liderlik üzrə ekspertlər və iş insanları çıxış edərək ən yeni qlobal təcrübələri, innovativ yanaşmaları və gələcəyin idarəetmə modellərini iştirakçılarla bölüşəcəklər.
⸻
PANEL I
Gələcəyin İş Dünyası: Liderlik və İnsan Kapitalının Yeni Erası
* Future-Ready Leadership
Qeyri-müəyyənlik dövründə liderlik, çevik qərarvermə və dəyişikliklərin idarə olunması.
* Human-Centered Leadership
İnsan mərkəzli liderlik, işçi rifahı, motivasiya və yüksək performans mədəniyyətinin formalaşdırılması.
* AI Transformation in HR
Süni intellektin HR strategiyalarına, işə qəbul proseslərinə və istedadların idarə edilməsinə transformativ təsiri.
* Talent Strategy 2030
Qlobal istedad uğrunda rəqabət, gələcəyin bacarıqları və yeni nəsil işçi qüvvəsinin inkişafı.
⸻
PANEL II
Yeni Nəsil HR: İnnovasiya, Süni İntellekt və Liderlik
* Strategic Leadership for High-Performance Organizations
Yüksək nəticə göstərən təşkilatlarda strateji liderlik və təşkilati inkişaf.
* Leadership in the AI Era
Süni intellekt dövründə liderlərin yeni kompetensiyaları və gələcəyin liderlik modeli.
* AI-Powered HR Transformation
HR analitikası, rəqəmsal transformasiya və süni intellekt əsaslı insan resurslarının idarə edilməsi.
* Employer Brand & Employee Experience
Dünyanın aparıcı şirkətlərində employer branding, işçi təcrübəsi və korporativ mədəniyyətin inkişafı.
⸻
PLATFORMADA ÇIXIŞ EDƏCƏKLƏR
* Dünyaca məşhur HR ekspertləri
* Beynəlxalq alimlər
* Liderlik üzrə beynəlxalq kouçlar
* CEO-lar və şirkət rəhbərləri
* Tanınmış iş insanları
* Yerli və xarici təşkilatların nümayəndələri
⸻
HƏR BİR İŞTİRAKÇI ƏLDƏ EDƏCƏK
✅ Azərbaycan Diplomatiya Mərkəzi tərəfindən təqdim olunan rəsmi Referans Məktubu
✅ Böyük Britaniya (UK) akkreditasiyalı “HR və Liderlik” üzrə Beynəlxalq Sertifikat
⸻
FORUM İŞTİRAKÇILARI ÜÇÜN ƏN BÖYÜK ÜSTÜNLÜKLƏRDƏN BİRİ
Forum biletini əldə edən hər bir iştirakçının Azərbaycan Diplomatiya Mərkəzinin HR Akademiyası çərçivəsində təşkil olunacaq 6 həftəlik HR təlim proqramında ödənişsiz iştirakı təmin olunur.
Təlim proqramında iştirak üçün forum biletindən əlavə heç bir ödəniş tələb edilmir.
Forumdan sonra başlayacaq bu proqram iştirakçıların HR sahəsində nəzəri biliklərini, praktik bacarıqlarını və peşəkar kompetensiyalarını beynəlxalq standartlara uyğun inkişaf etdirmək məqsədilə təşkil olunur.
6 həftəlik HR Akademiyasının üstünlükləri
* Tamamilə ödənişsiz təlim proqramı
* Yerli və beynəlxalq HR ekspertləri tərəfindən aparılan tədris
* Praktiki HR layihələri və real biznes nümunələri
* Müasir HR alətləri və beynəlxalq təcrübənin öyrənilməsi
* Həftəiçi və həftəsonu müxtəlif tədris qrupları
* İştirakçı tədris gününü və saatını özü seçir
6 həftəlik HR Akademiyasının təlim proqramında iştirak edən bütün iştirakçılara proqramın sonunda Beynəlxalq HR Diplomu təqdim olunur.
⸻
KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB?
* HR mütəxəssisləri
* CEO-lar və şirkət rəhbərləri
* Menecerlər
* Sahibkarlar
* Komanda liderləri
* Dövlət və özəl sektor nümayəndələri
* Startap təsisçiləri
* Universitet tələbələri ( İxtisasından asılı olmayaraq , gələcək karyerasın HR sahəsində qurmaq isdəyən hər kəs )
* Gənc liderlər
* Karyerasını HR ( İnsan Resursları ) üzrə inkişaf etdirmək istəyən hər kəs
⸻
NİYƏ MƏHZ GLOBAL HR VƏ LİDERLİK FORUMU 2026?
Çünki gələcəyin iş dünyası artıq dəyişir.
Süni intellekt, liderlik, insan kapitalının idarə olunması, təşkilati inkişaf və qlobal HR strategiyaları bu gün şirkətlərin uğurunu müəyyən edən əsas istiqamətlərdir.
Global HR və Liderlik Forumu 2026 sizə yalnız bilik deyil, beynəlxalq əlaqələr, yeni əməkdaşlıq imkanları, peşəkar inkişaf və dünyanın aparıcı HR və liderlik ekspertləri ilə eyni platformada olmaq imkanı təqdim edir.
Bu, sadəcə bir Forum deyil. Bu, gələcəyinizə edilən ən dəyərli investisiyadır.
Belə bir beynəlxalq imkan dünyanın çox az ölkəsində təqdim olunur. Bu gün həmin imkan Azərbaycandadır.
Siz də gələcəyin HR və liderlik ekosisteminin bir hissəsinə çevrilin və dünyanın aparıcı ekspertləri ilə eyni platformada yerinizi indidən təmin edin!
Digər tədbirlər
-
Dənizkənarı Açıq Hava Kinoteatrı - Delibal Dənizkənarı Açıq Hava Kinoteatrı
01 avq 2026 - 01 sen 2026 20:30 -
Dənizkənarı Açıq Hava Kinoteatrı - 3391 km Dənizkənarı Açıq Hava Kinoteatrı
02 avq 2026 - 31 avq 2026 20:30 -
Dənizkənarı Açıq Hava Kinoteatrı - Yeşil Yol Dənizkənarı Açıq Hava Kinoteatrı
02 avq 2026 - 24 avq 2026 23:00