image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
III Beynəlxalq Fidan Hacıyeva Festivalı çərçivəsində Gülsüm Xəlilovanın solo konserti

III Beynəlxalq Fidan Hacıyeva Festivalı çərçivəsində Gülsüm Xəlilovanın solo konserti

Konsert
  • Fidan Hacıyevanın vokal musiqi məktəbi
  • 11 sen 2026 - 11 sen 2026

III Beynəlxalq Fidan Hacıyeva Festivalı çərçivəsində azərbaycanlı opera müğənnisi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, beynəlxalq və respublika vokal müsabiqələrinin laureatı, Azərbaycanda və xaricdə keçirilən çoxsaylı musiqi layihələrinin iştirakçısı və təşkilatçısı Gülsüm Xəlilovanın solo konserti keçiriləcək.

Proqramda Avropa, rus və Azərbaycan klassik musiqisinin seçilmiş əsərləri səslənəcək.

Konsert cəmi 50 tamaşaçı üçün nəzərdə tutulmuş Mezzo zalında xüsusi kamera atmosferində baş tutacaq. Kiçik məkan ifaçı ilə tamaşaçı arasında daha yaxın və səmimi ünsiyyət yaradaraq musiqinin hər bir incəliyini və emosiyasını daha dərindən hiss etməyə imkan verəcək.

"Fidan Hacıyevanın vokal musiqi məktəbi"

Keçiriləcəyi yer

Fidan Hacıyevanın vokal musiqi məktəbi