image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
ILISOUND

ILISOUND

Konsert
  • Uludağ Turizm və İstirahət Mərkəzi
  • 29 avq 2026 - 29 avq 2026

ILISOUND - MUSİQİ VƏ MOTO FESTİVALI

EXPO ƏRAZİSİ

14:00 — EXPO ƏRAZİSİNİN AÇILIŞI

Festivalın ilk saatlarından etibarən Expo ərazisi ziyarətçilərin ixtiyarında olacaq. Saat 14:00-dan 20:00-dək festival iştirakçılarını musiqi, əyləncə, ləziz təamlar və müxtəlif aktivliklərlə zəngin proqram gözləyir.

MOTOSİKLET SƏRGİSİ

Moto həvəskarları üçün ayrılmış xüsusi sərgi zonasında müxtəlif motosikletlər nümayiş etdiriləcək. İştirakçılar motosikletləri yaxından görə, onlarla foto çəkdirə və moto dünyasının unikal atmosferini hiss edə biləcəklər.

FOOD EXPO

Expo ərazisində üç fərqli restoranın xüsusi stendi fəaliyyət göstərəcək. Ziyarətçilər müxtəlif təamlar arasından seçim edərək festival atmosferindən ayrılmadan yemək və içkilərin dadını çıxara biləcəklər.

DJ PERFORMANSI

Saat 14:00-dan etibarən Expo ərazisində DJ performansı festivalın ritmini qoruyacaq. Musiqi, motosikletlər, ləziz təamlar və əyləncə bir arada — əsas konsert başlamazdan əvvəl qonaqlar üçün unudulmaz festival atmosferi yaradılacaq.

AKTİVİTƏLƏR VƏ ƏYLƏNCƏ

Festival iştirakçıları üçün müxtəlif əyləncəli və interaktiv aktivliklər təşkil olunacaq. Expo ərazisi həm dostlarla xoş vaxt keçirmək, həm də festivalın əsas konsert proqramına qədər əylənmək üçün ideal məkan olacaq.

Bundan əlavə, qonaqlar otelin hovuzundan, bilyard və oyun zallarından istifadə edərək asudə vaxtlarını maraqlı və əyləncəli keçirə biləcəklər.

20:00 — ROK KONSERTİ

Saat 20:00-da Expo proqramını festivalın əsas musiqi proqramı əvəz edəcək.

Günün ilk yarısında Expo, motosiklet sərgisi, DJ performansı və müxtəlif əyləncələrlə başlayan İLİSOUND gecəsi axşam saatlarında canlı rok musiqisinin güclü enerjisi ilə davam edəcək.

"Uludağ Turizm və İstirahət Mərkəzi"

Keçiriləcəyi yer

Uludağ Turizm və İstirahət Mərkəzi