Qar Kraliçasının izində...

Qar Kraliçasının izində...

Tamaşa
  • Qazax Dövlət Dram Teatrı
  • 30 dek 2026 - 02 yan 2027

❄️ “QAR KRALİÇASININ İZİNDƏ...”
 (Sehrli, musiqili, interaktiv uşaq şou-tamaşası)

Yeni ilin astanasında nağıllar aləmində gözlənilməz hadisə baş verir. Dörd fəslin eyni anda yaşandığı sehrli meşənin həyat mənbəyi olan Sehrli Ulduz müəmmalı şəkildə yoxa çıxır. Meşəni şaxta bürüyür, nağıllar aləminin sevinci təhlükə altına düşür.

İndi bütün ümidlər cəsur Dəniz Qulduruna və onun qeyri-adi dostlarına bağlıdır. Sevimli Haqi Vaqi, məzəli Labubu, şən Keçi, sehrli Pəri və digər nağıl qəhrəmanları itirilmiş ulduzun və Nağılçının izinə düşərək Qar Kraliçasının buzlarla örtülmüş sirli səltənətinə doğru macəra dolu səyahətə başlayırlar.

Lakin bu yol heç də asan olmayacaq! Onları gülməli hadisələr, sehrli tələlər, gözlənilməz qarşılaşmalar və Qar Kraliçasının böyük sirri gözləyir.

Bəs Sehrli Ulduzu kim oğurlayıb? Qar Kraliçasının buz bağlamış qəlbini isitmək mümkün olacaqmı? Yeni il xilas ediləcəkmi?

Bütün bu sualların cavabı möhtəşəm musiqili nağıl-tamaşanın sonunda açılacaq!

 Tamaşa balaca izləyicilərimizə nələr vəd edir?

“Qar Kraliçasının izində...” sadəcə izlənilən bir tamaşa deyil, uşaqların da iştirak edib əylenəcəyi əsl bayram şousudur!**
Tamaşa boyunca balaca dostlarımızı sevimli nağıl qəhrəmanları ilə canlı ünsiyyət, əyləncəli interaktiv oyunlar, ritmik rəqslər, musiqili sürprizlər və birlikdə ifa edilən bayram rəqsləri gözləyir.

Rəngarəng kostyumlar, sehrli səhnə tərtibatı, möhtəşəm musiqilər, yumor dolu hadisələr və Şaxta babanın bayram sevinci bu nağılı uşaqlar üçün unudulmaz bir macəraya çevirəcək.

Dostluğun, cəsarətin, xeyirxahlığın və sevginin ən soyuq qəlbləri belə isidə bildiyini göstərən bu sehrli hekayədə hər bir uşaq möcüzənin bir parçası olacaq!

✨ Unutmayın, bu dəfə nağılı yalnız qəhrəmanlar deyil, uşaqlar da yaradacaq!

Qeyd: 5 yaşdan aşağı uşaqlar valideynləri ilə eyni oturacaqda əyləşdikləri halda tədbirə pulsuz giriş edə bilərlər.

Qazax Dövlət Dram Teatrı "Qazax Dövlət Dram Teatrı"