image
Bütün şəhərlər
  • Bütün şəhərlər
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Caz və Şərab Festivalı 2026

Caz və Şərab Festivalı 2026

Konsert
  • Dənizkənarı Milli Park (Kukla Teatrının Yaxınlığı)
  • 24 apr 2026 - 03 may 2026


Bakıda Caz və Şərab festivalı keçiriləcək

Dənizkənarı Milli Park şəhər həyatının mədəni ritmini zənginləşdirəcək növbəti möhtəşəm tədbirə ev sahibliyinə hazırlaşır. 24 aprel – 3 may tarixlərində burada ilk dəfə Caz və Şərab festivalı keçiriləcək. 

Festivalın əsas məqsədi yüksək keyfiyyətli caz musiqisini, zərif qastronomik təcrübələri  və seçilmiş şərab istehsalçılarını bir məkanda birləşdirərək ziyarətçilərə fərqli və unudulmaz mühit təqdim etməkdir. 10 gün müddətində ziyarətçiləri tanınmış caz ifaçılarının canlı konsertləri, improvizasiyalar, gənc musiqi kollektivlərinin çıxışları və zövqlü musiqi proqramları gözləyir. Bununla yanaşı, yerli məhsullar və istehsalçıların tanıdılması və dəstəklənməsi məqsədilə müxtəlif qastronomik layihələr və yerli şərab istehsalçıları öz məhsullarını təqdim edəcək, dequstasiyalar və master klasslar qonaqların ixtiyarına veriləcək.

Dövlət Kukla Teatrı yaxınlığında, ənənəvi yarmarka ərazisində geniş ziyarətçi auditoriyası üçün nəzərdə tutulan festival hər gün saat 13:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Festival iştirakçıları hər gün saat 19:00-21:00-dək yerli caz ifaçılarının canlı konsert proqramlarını dinləmək imkanı əldə edəcək.

Festivalın caz proqramı

24 aprel – 3 may tarixləri arasında Azərbaycanın aparıcı caz və etno-caz ifaçılarının iştirakı ilə silsilə konsertlər təqdim olunacaq.
24 aprel
Şahin Növrəsli


25 aprel
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri


26 aprel
Cavan Zeynallı
Afşin Əlizadə


27 aprel
Nicat Aslanov
H3 kollektiv


28 aprel
Salman Qəmbərov
Ülviyyə Rəhimova
DiHaj


29 aprel
Cəngi etno-caz qrupu


30 aprel
Qaya Dövlət Ansamblı
Baku Brass Big Band


1 may
Samirə Rəcəbli
Vasif Hüseyn


2 may
Orxan Rey
Mədinə Paşayeva


3 may
Emil Əfrasiyab, Ənvər Sadıqov və dostları

"Dənizkənarı Milli Park (Kukla Teatrının Yaxınlığı)"

Keçiriləcəyi yer

Dənizkənarı Milli Park (Kukla Teatrının Yaxınlığı) İstiqamət al