image
Bütün şəhərlər
  • Bütün şəhərlər
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Xalq artisti Fəxrəddin Manafov ilə görüş - Gəncə

Xalq artisti Fəxrəddin Manafov ilə görüş - Gəncə

Tamaşa
  • Gəncə Dövlət Milli Dram Teatrı
  • 16 may 2026 - 16 may 2026



Gəncə Dövlət Milli Dram Teatrının kiçik səhnəsində Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Fəxrəddin Manafov ilə yaradıcılıq görüşü keçiriləcək. Görüş zamanı sənətkarın zəngin yaradıcılıq yolu, teatr və kino sahəsində qazandığı uğurlar, səhnə fəaliyyəti və milli mədəniyyətimizin inkişafına verdiyi töhfələr barədə söhbət açılacaq.

Tədbirdə iştirakçılar aktyorun sənət dünyasına dair maraqlı xatirələrini dinləmək, ona ünvanlanan suallara cavab almaq və unudulmaz obrazların yaranma tarixçəsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Yaradıcılıq görüşü sənətsevərlər üçün həm maraqlı, həm də maarifləndirici bir mədəniyyət hadisəsi olacaq.

"Gəncə Dövlət Milli Dram Teatrı"