Bu konsert proqramında yumoristik səhnəciklər, musiqili nömrələr, miniatüralar, parodiyalar və ənənəvi səhnəcik olan Qonşular səhnəciyi baş tutacaq. Bu səhnəciklərdə cəmiyyətin gündəlik problemləri, sosial münasibətləri və aktual mövzuları yumor, satira və komediya vasitəsilə tamaşaçıya təqdim olunacaq.
Konsert proqramı Nəsibə Zeynalovanın 110 illik yubileyinə həsr olunur.