Uzuncorab Peppi
Tamaşa- Salyan Dövlət Kukla Teatrı
- 19 iyl 2026 - 19 iyl 2026
İsveçli yazıçı Astrid Lindqrenin qələmə aldığı "Uzuncorab Peppi" əsəri valideynlərini erkən yaşda itirmiş bir qızın maraqlı və rəngarəng həyatından bəhs edir. Cəsur, qorxmaz, şən və dəcəl Peppi atasının ona miras qoyduğu evdə tək yaşayır. Güclü xarakteri, zəngin xəyal dünyası və həyata fərqli baxışı sayəsində qarşılaşdığı bütün çətinliklərin öhdəsindən gəlməyi bacarır.
Peppinin macəraları uşaqlara azad düşünməyi, özlərinə inanmağı, cəsarətli olmağı və arzularının arxasınca inamla getməyi aşılayır.
Tamaşa boyu səslənən dinamik və əyləncəli musiqilər, rəngarəng səhnə quruluşu və maraqlı hadisələr uşaqlara unudulmaz anlar yaşadaraq onların zövqünü oxşayır.