Cəza
Tamamlandı- Milli Gənc Tamaşaçılar Teatrı
- 23 yan 2026 - 23 yan 2026
“Cəza”
Yaş həddi: 18+
Müəllif: Tamara Vəliyeva
Quruluşçu rejissor: Mehriban Ələkbərzadə (Əməkdar incəsənət xadimi)
Tək ifa: Kəmalə Müzəffər (Əməkdar artist)
Janr: tək adamlıq psixoloji oyun
Tamaşanın müddəti: I hissəli – 1 saat 20 dəqiqə
Ən böyük cəza insanın özünə verdiyi cəzadır.
Ömrünün ən yetkin, ən məsuliyyətli anında bir qadın başqasını sevir... Amansızcasına sevir və yeni həyata ümid edir. Körpələrini də unudur, həyat yoldaşını da, evini, məsuliyyətini... Hər şeyi unudur. Çünki, sevir.
İnsan yaşadığı deyil, umduqlarını, gözlədiklərini istəyəndə fəlakət başlayır. Ümid sabahı açmaq üçün açardır. Amma ümid həm də ölümün kölgəsidir. Ümid bitən anda faciə başlayır. Çünki... Uşaqlarından qoparılan ana... ətrafında ot belə bitməyən qurumuş ağac kimidir. Bir yol qalır – intihar.
İntihar isə qəbuledilməzdir.
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.
Keçirilmə yeri
Milli Gənc Tamaşaçılar TeatrıDigər tədbirlər
-
Dorian Qreyin portreti | "WHITEROOF" teatr studiyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
05 sen 2026 - 09 yan 2027 19:00 -
Dəlinin qeydləri | "WHITEROOF" teatr studiyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
13 sen 2026 - 10 yan 2027 19:00 -
Pəri cadu Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı
19 sen 2026 - 10 okt 2026 19:00