Sabah FK - Neftçi PFK
Tamamlandı İdman- Bank Respublika Arena
- 17 may 2026 - 17 may 2026
"Sabah" VS "Neftçi" oyununun biletləri artıq satışdadır!
"Sabah" Misli Premyer Liqasında 2025/26 mövsümünün son ev oyununda "Neftçi"ni qəbul edəcək.
Bu qarşılaşmada futbol ab-havasını yaşamaqla yanaşı, sizi bir-birindən maraqlı sürprizlər də gözləyir:
Oyunu stadiondan izləyən 2 azarkeş "Sabah", "Bank Respublika" və "Azərlotereya"nın dəstəyi ilə komandamızın UEFA Çempionlar Liqasındakı ilk səfər oyununa yollanmaq şansı qazanacaq.
Oyundan sonra 2025/26 mövsümünün çempionu olan "Sabah"a çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.
Matçdan 2 saat öncə azarkeşlər üçün hədiyyəli fan zona fəaliyyət göstərəcək.
Oyundan sonra tanınmış "Qara Dərviş" qrupunun iştirakı ilə möhtəşəm şou proqram keçiriləcək.
32-ci tur çərçivəsində baş tutacaq oyun mayın 17-də, saat 18:00-da “Bank Respublika Arena”da keçiriləcək.
Yolunuzu gözləyirik! Birlikdə daha güclüyük!
QEYD: BU TƏDBİRƏ ƏLDƏ EDİLƏN BİLETLƏR QAYTARILMIR VƏ YA DƏYİŞDİRİLMİR.
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.
Digər tədbirlər
-
Əlaqəli tədbir tapılmadı