Şahmaran
Tamaşa- Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
- 03 okt 2026 - 04 okt 2026
“ŞAHMARAN”
Janr: rok-müzikl
Müddət: 90 dəqiqə
Yaş həddi: 16+
Bilet qiyməti: 10–20 AZN
Rejissor İradə Gözəlovanın librettosu əsasında və quruluşunda qədim türk əfsanəsi “Şahmaran”ın müasir səhnə yozumu təqdim olunur.
Tamaşanın süjet xəttində müdriklik, sevgi və əbədi həyatın rəmzi sayılan əfsanəvi varlıqdan — yarı qadın, yarı ilan olan Şahmarandan bəhs edilir.
Rəvayətə görə, Şahmaranın yer üzünə qayıdacağı gün bütün ilanlar yer altından üzə çıxacaq və bəşəriyyət öz taleyi ilə üz-üzə qalacaq. Tamaşada isə hadisələr bir qədər fərqli cərəyan edir. Şahmaran müharibələrin, epidemiyaların və təbii fəlakətlərin sarsıtdığı müasir dünyaya yenidən qayıdır. Lakin bu dəfə insanları xilas etmək üçün deyil, hökm vermək üçün gəlir...
Bəşər övladından daim etibarsızlıq görən Şahmaranı tamaşa boyunca bir sual düşündürür:
“Bu dünyada hələ də vicdanlı, dürüst, mərhəmətli və safqəlbli insanlar varmı?”
Bu sualın cavabı yalnız bir insanın deyil, bütün bəşəriyyətin taleyini həll edəcək.
Əziz teatrsevərlər, sizi möhtəşəm rok musiqisi, canlı vokal ifalar, təsirli plastik həllər, gözəl səhnə tərtibatı və güclü emosiyalarla zəngin tamaşa gözləyir!
Bəstəkar: Vüqar Camalzadə — Azərbaycan Respublikasının Əməkdar artisti
Tamaşa üçün xüsusi olaraq bəstələnmiş 16 mahnı və musiqi nömrəsinin müəllifi
Quruluşçu rəssam: Vüsal Rəhim
Plastik həll:
Pərviz Məmmədrzayev — Azərbaycan Respublikasının Xalq artisti
Zaur Əliyev
Xormeysterlər:
Vaqif Məstanov — Azərbaycan Respublikasının Əməkdar artisti
Məlahət Qasımova
İşıq rəssamı: Rafael Həsənov
Rejissor assistenti: Elməddin Dadaşov
Rollarda:Şahmaran — Aydan Həsənova
Zalım — Pərviz Məmmədrzayev, Azərbaycan Respublikasının Xalq artisti
Tələbə — Əmrah Dadaşov
Loğman Həkim — Səmədzadə Xasiyev
Qara — Hüseyn Əlili
Boz — Murad Fərzəliyev
Tamaşada teatrın balet truppası və xoru iştirak edir.
Qeyd: Mahnıların sözləri Ömər Xəyyamın rübailəri əsasında hazırlanıb.