Sky Cinema Avtofilm – Elemental
Tamamlandı Sirk- Sky Cinema
- 24 yan 2026 - 24 yan 2026
Elementlər şəhərində od, su, torpaq və hava sakinləri birlikdə yaşayırlar. Ember od ailəsindən olan enerjili bir qız, Veyd isə su dünyasından olan mehriban və duyğusal bir gəncdir. Onların gözlənilməz tanışlığı qeyri-adi bir dostluğa çevrilir və göstərir ki, hətta ən fərqli elementlərin belə düşündüyümüzdən daha çox ortaq cəhəti ola bilər.
Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!
Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.
SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.
Ulduzların altında görüşənədək!
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.