Sky Cinema Avtofilm – Geçen Yaz
Film- Sky Cinema
- 28 iyl 2026 - 29 iyl 2026
Keçən Yay (Geçen Yaz)
"Keçən Yay" ilk sevgi, dostluq və böyümək haqqında duyğusal gənclik dramıdır. Film bir yay tətilində yaşanan unudulmaz xatirələri və gəncliyin gətirdiyi dəyişiklikləri səmimi şəkildə əks etdirir.
16 yaşlı Deniz ailəsi ilə birlikdə hər yay olduğu kimi dənizkənarı qəsəbəyə gəlir. Burada o, uşaqlıq dostları ilə yenidən görüşür və ilk sevgisini yaşayır. Lakin münasibətlər, qısqanclıq və həyatın gözlənilməz hadisələri bu yayı onun üçün heç vaxt unutmayacağı bir təcrübəyə çevirir.
Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!
Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.
SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.
Ulduzların altında görüşənədək!