image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sky Cinema Avtofilm – Mr. and Mrs. Smith

Sky Cinema Avtofilm – Mr. and Mrs. Smith

Tamamlandı Sirk
  • Sky Cinema
  • 20 yan 2026 - 20 yan 2026

Con və Ceyn Smit münasibətlərində böhran yaşayan adi evli cütlük təsiri bağışlayırlar. Lakin onların hər biri digərindən peşəkar muzdlu qatil kimi gizli həyatını saxlayır. Həyat yoldaşları gözlənilmədən bir-birlərini aradan götürmək tapşırığı aldıqda, ailə həyatları təhlükəli qarşıdurmaya çevrilir və bu, onları evliliklərinə tamamilə fərqli gözlə baxmağa vadar edir.

Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

Tədbirdən sonra materiallar

Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.

"Sky Cinema"