Sky Cinema Dənizkənarı Avtosinema – Beauty and the Beast
Film- Sky Cinema
- 01 avq 2026 - 01 avq 2026
Gözəl və Bədheybət (Beauty and the Beast)
Mehriban və ağıllı Belle atasını xilas etmək üçün sirli Bədheybətin əsiri olmağa razı olur. Zaman keçdikcə o anlayır ki, qorxulu görünüşün arxasında xeyirxah qəlb və kədərli tale gizlənir. Qədim lənəti qırmaq üçün qəhrəmanlar hər şeyi dəyişə biləcək sevginin gücünə inanmalıdırlar.
Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!
Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.
SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.
Ulduzların altında görüşənədək!