image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sky Cinema Dənizkənarı Avtosinema – One Day

Sky Cinema Dənizkənarı Avtosinema – One Day

Film
  • Sky Cinema
  • 03 avq 2026 - 04 avq 2026

One Day

Emma və Dekster universiteti bitirdikləri gün tanış olur və birlikdə keçirdikləri cəmi bir gündən sonra bir-birlərinin həyatının vacib hissəsinə çevrilirlər. İllər keçdikcə onların yolları gah kəsişir, gah da ayrılır, dostluqları isə arzular, dəyişikliklər və sınaqlardan keçir. Sevgi, zaman və bəzən çox gec olmadan fərqinə varmalı olduğumuz hisslər haqqında təsirli bir hekayə.

Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

"Sky Cinema"