image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sky Cinema Dənizkənarı Avtosinema – Su ve Ateş

Sky Cinema Dənizkənarı Avtosinema – Su ve Ateş

Film
  • Sky Cinema
  • 01 avq 2026 - 01 avq 2026

Su və Atəş (Su ve Ateş)

"Su və Atəş" sevgi, sirr və fədakarlıq haqqında təsirli romantik dramdır. Film keçmişin ağır yükü və gizli həqiqətlər fonunda taleləri kəsişən iki insanın duyğusal hekayəsindən bəhs edir.

Yağmur sakit və sadə həyat sürən gənc qızdır. Onun həyatı sirli və keçmişindən qaçmağa çalışan Kamalla tanış olduqdan sonra tamamilə dəyişir. Aralarında dərin hisslər yaransa da, Kamalın gizlətdiyi həqiqətlər onların sevgisini çətin sınaqlarla üz-üzə qoyur.

Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

"Sky Cinema"