Стойкий оловянный солдатик

Стойкий оловянный солдатик

Uşaqlar
  • Akademik Rus Dram Teatrı
  • 25 dek 2026 - 30 dek 2026

“Стойкий оловянный солдатик”

Oyuncaqlar gecə düşəndə, böyüklər yuxuya gedəndə nə baş verir? Qədim bir sarayda sehrli bir dünya canlanır: burada Mexaniki Bülbül nəğmələr oxuyur, Pierro kədərlənir, Gözəl Balerina sevgi arzusuyla yaşayır, bütün hadisələri isə hiyləgər Troll idarə edir.

Adi həyat axarını yeni bir qəhrəmanın gəlişi dəyişir – bu, Mətin Qalay Əsgərcikdir. Onu yalnız sevgi ilə qarşılaşmaq deyil, həm də ədalətsizliyə qarşı mübarizə aparmaq, dostlarına güvənməyi öyrənmək və əsl mətanətin sadəcə cəsarət deyil, həm də öz prinsiplərinə və sevdiklərinə sadiq qalmaq olduğunu anlamaq gözləyir.

Hans Kristian Andersenin nağılları əsasında hazırlanan bu tamaşa tamaşaçıları fantaziya dünyasına maraqlı səyahətə aparır. Burada yumor lirika ilə, macəralar düşüncələrlə qovuşur, sevgi və xeyirxahlığa yer olan hər yerdə isə möcüzələr baş verir.

İnssenari müəllifi – Vladimir Andreyev

Quruluşçu rejissor – Leonid Klyots

Kostyum rəssamı – Olqa Abbasova

Dekorasiya rəssamı – Aleksandr Fyodorov

İşıq rəssamı – Nikolay Rudıçev

Musiqi və səs tərtibatı – Anar Yusifov

Xoreoqraf – Olqa Arsentiyeva

Rollarda və ifaçılar:

Mətin Qalay Əsgərcik – Rüfət Əliyev

Gözəl Balerina – Tamilə Abutalıbova

Troll – Rəşad Əliyev

Qoca Kukla – Olqa Arsentiyeva / Dilarə Əliyerova

Mexaniki Bülbül – Mirzə Ağa Axundzadə

Pierro – Cövhər Abdullayev

Donuz formasında pulqabı – Sabina Məmmədova-Qasımzadə

Akademik Rus Dram Teatrı "Akademik Rus Dram Teatrı"