Aşkın Yapay Provası
Tamaşa- Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
- 24 apr 2026 - 24 apr 2026
Aşkın Yapay Provası
Həqiqi sevgini tapmaq ümidi ilə yola çıxan, lakin artıq ümidsizliyə qapılan Mehtap çıxış yolunu münasibət simulyasiyasında axtarmağa qərar verir. O, bir-birindən fərqli xarakterə malik yeddi müxtəlif robot partnyorla qarşı-qarşıya gəlir.
Rəqs və musiqi ilə zənginləşdirilən bu səhnə əsərində Mehtapın yaşadığı eniş-yoxuşlar tamaşaçını həm düşündürür, həm də əyləndirir. Müasir münasibətlərə satirik və yumoristik baxış təqdim edən tamaşa sevgi anlayışına fərqli prizmadan yanaşır.
Tamaşanın müəllifi və rejissoru həmyerlimiz, gənc yaradıcı *Nahid Abbaszadə*dir.