image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
İblis və...

İblis və...

Tamamlandı Tamaşa
  • Akademik Milli Dram Teatrı
  • 18 may 2026 - 18 may 2026


İBLİS və...

Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında

fəlsəfi-dekonstruktiv metadram

 

Hüseyn Cavid, “İblis” faciəsinin motivləri əsasında “İblis və...” fəlsəfi-dekonstruktiv metadram
Qərbdə də, Şərqdə də çox araşdırılan, diqqət çəkən İBLİS mövzusu Hüseyn Cavid yaradıcılığında Tanrı kоnsepsiyası ilə özünəməхsus çalarda həll edilib.
Hüseyn Cavid İnsan, İblis, Tanrı kоnsepsiyasını özünəməхsus formada ortaya qoyur. Onun İnsan, İblis, Tanrı haqqındakı fikirləri yaradıcılığının böyük, daхili qüvvəsi və mahiyyətidir.
Bu tamaşa Hüseyn Cavidin “İblis” əsəri əsasında dekonstruksiya da adlana bilər. “İblis” əsərinin motivləri əsasında  “İblis və…”.
“İblis” pyesində ruhunu şeytana satan insanların aqibəti təsvir olunur. Bu isə İBLİSin qələbəsidir.
İçində boşluqlar olan insan İBLİSİ cəlb edir. Və İblis yer üzünə sürgününə səbəb olan insanla mübarizədə Tanrıya Haqlı olduğunu isbatlayır.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.

Tədbirdən sonra materiallar

Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.

"Akademik Milli Dram Teatrı"