Cırtdanın Nağılı
Uşaqlar- Eventland Mərkəzi
- 16 avq 2026 - 16 avq 2026
PULSUZ GİRİŞ: 3 yaşa qədər uşaqlar üçün (3 yaşı tamam olmuş uşaqlar və valideynlər üçün bilet alınmalıdır)
Xüsusi qeyd:
1. Eventland Mərkəzi AF Mall yaxınlığında , 28 may və Sahil metrolarından 10 dəqiqəlik piyada məsafədə yerləşir.
2. Öz şəxsi avtomobili ilə gələnlər Qış Parkı daxilində və AF Mall qarşısında yerləşən ödənişli yer altı parkinglərdən istifadə edə bilərlər.
3. Seansdan 30 dəqiqə əvvəl festival keçirilən məkana gəlmək tövsiyə olunur.
Cırtdanın Nağılı” – uşaqlığın ən sevilən qəhrəmanı səhnədə!
Azərbaycan nağıllarının ən cəsur və zirək qəhrəmanı Cırtdan bu dəfə səhnədə sizi gözləyir! Onun maraqlı macəraları, gülməli səhnələri və nəhəng Divlə qarşılaşması uşaqlar üçün həm əyləncəli, həm də öyrədici bir tamaşaya çevrilir.
Nağıl dünyasının sevimli obrazları, sehrli atmosfer və interaktiv səhnələr balacaları hekayənin bir parçasına çevirəcək. Bu tamaşa dostluq, cəsarət və zəkanın gücünü uşaqlara unudulmaz şəkildə çatdırır.
Uşaqlarınızın sevinci və gülüşü üçün ən doğru seçim – “Cırtdanın Nağılı”! Biletlərinizi əldə etməyə tələsin, yerlər məhduddur!