Çirkin ördək balası

Çirkin ördək balası

Tamamlandı Uşaqlar
  • Milli Gənc Tamaşaçılar Teatrı
  • 28 yan 2026 - 28 yan 2026

“Çirkin ördək balası”

Yaş həddi: 5+

Müəllif: Hans Xristian Anderson (Səhnələşdirən - Nicat Mir Kazımov)

Quruluşçu rejissor: Nicat Mir Kazımov (Əməkdar artist)

Rejissor: Müşfiq Elmanoğlu

Quruluşçu rəssam:  Elşən Sərxanoğlu

Rəqslərin quruluşu: Nailə Məmmədzadə (Əməkdar artist)

Əsas  rolların ifaçıları:  Əməkdar artsitlər Leyli Vəliyeva, Şəfəq Əliyeva, Rasim Cəfər, artistlərdən Hüsniyyə  Əhmədova, Anar Seyfullayev, Araz Pirimov,İlqarə Tosova, Venera Abbasova, Müşfiq Elmanoğlu,  Elşən Hacıbabayev, Nuriyyə Əliyeva, Sevinc Əziz, Günel Məmmədova, Aydan Həsənzadə, Səbinə Məmmədzadə, Zümrüd Quliyeva, İradə Rəşidova, Nuranə Vaqifqızı, Manaf Dadaşov, Ramiq Nəsirov, Ramil Şamiloğlu, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Bəhram Əliheydər, Elşən Şıxəliyev 

Janr:  alleqoriya

Tamaşanın müddəti: 1 saat 15  dəqiqə

   Ana ördəyin balalarından biri çirkin olur. Heç kəs ona baxmaq, onunla oynamaq istəmir.  Qonşular ördək balasını uzaqlaşdırmaq üçün bəhanələr uydururlar. Yeganə müdafiəçisi olan Ana ördək də yalanlara inanır. Onu qovurlar.

Ördək balası ac-susuz, soyuqda qalıb əziyyət çəkir. O, özünü atılmış və tənha hiss edir. Lakin yer üzünün yaxşıları hesabına, o, xilas olur. Xilaskarlar Durna simasında gəlib onu öz dəstələrinə qatırlar. Çirkin ördək balası gözəl bir durnaya çevrilir. Hamı ona həsədlə, heyrətlə baxır.

Müəlliflər zahirən deyil, ürək, münasibət gözəlliyini üstün tutur və bunu təlqin edirlər.

Tamaşa gözəl bədii təsvir vasitələri ilə, həm də xoreoqrafiq elementlərlə müşahidə olunur. 

Tədbirdən sonra materiallar

Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.

Milli Gənc Tamaşaçılar Teatrı "Milli Gənc Tamaşaçılar Teatrı"