Şamların əhatəsində Türk Retro Gecəsi — Kapellhaus
Konsert- Kapellhaus
- 13 sen 2026 - 13 sen 2026
13 sentyabr tarixində Kapellhausda Türkiyənin ən sevilən və illərdir dillərdən düşməyən hitləri canlı ifada səslənəcək.
Romantik atmosfer, yüzlərlə şamın yaratdığı ecazkar işıq və Kapellhausun füsunkar ab-havası altında canlı musiqinin bəxş etdiyi unudulmaz hissləri birlikdə yaşayacağıq.
Gecə boyunca Tarkan, Sezen Aksu, Kenan Doğulu, Sertab Erener, Levent Yüksel, Barış Manço, Ajda Pekkan və digər əfsanəvi türk sənətçilərinin ən məşhur mahnıları Candle Band tərəfindən instrumental və canlı ifada təqdim olunacaq.
Keçmişin unudulmaz melodiyalarını yenidən yaşamaq və nostalji dolu bir musiqi axşamının parçası olmaq üçün sizi gözləyirik!