United Coffee Fest 2026
Konsert- CHEVRE COMMUNITY
- 05 sen 2026 - 06 sen 2026
United Coffee Fest 2026 🎉
United Coffee Fest — Qafqazın ən yaradıcı kofe festivalı 5–6 sentyabr tarixlərində yenidən qapılarını kofesevərlərin üzünə açır. Bu il ikinci dəfə keçirilən festival iki gün ərzində zəngin proqramı, unikal təcrübələri və kofe mədəniyyətini bir araya gətirərək minlərlə qonağı ətrafında birləşdirəcək. ☕️🏔️
Roastery Village zonasında yerli qovurucuların onlarla fərqli kofesini dadacaq, ustad dərsləri və cupping seanslarında dəmləmənin incəliklərini öyrənəcəksiniz. Festival çərçivəsində Azərbaycan AeroPress Çempionatı canlı keçiriləcək və qalib Dünya Finalında Meksikada ölkəmizi təmsil etmək hüququ qazanacaq. 🏅
☕ Bundan əlavə, qonaqlar dünyanın müxtəlif regionlarından gətirilmiş xüsusi kofe növlərini kəşf edəcək, aparıcı qovurucular və baristalarla görüşəcək, kofe sənayesinin ən son trendləri və innovasiyaları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. 🧘 Günlər səhər yoqası və Morning Club ilə başlayacaq, 🛍️ Handcraft Market, 🍴 Food Court və canlı musiqi proqramları ilə davam edəcək, 🎶 axşamlar isə qrupların çıxışları və DJ performansları ilə yekunlaşacaq.
🕯️ Müddət: 2 gün, 10:00–00:00
♿ Əlçatanlıq: Məkan əlil arabası istifadəçiləri üçün uyğundur.
Keçiriləcəyi yer
CHEVRE COMMUNITYDigər tədbirlər
-
Açıq Havada Şam İşığı konserti - Hans Zimmer, Ludovico Einaudi & Joe Hisaishi. Film musiqiləri. Candlelight Baku Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalı
11 iyl 2026 - 08 avq 2026 20:45 -
Sumay Əlizadə solo konsert Show Gallery
07 avq 2026 - 07 avq 2026 20:00 -
RÖYA Yaşıl Teatr
07 avq 2026 - 08 avq 2026 20:30