image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Vyana axşamı

Vyana axşamı

Konsert
  • Azərbaycan Dövlət Akademik Filarmoniyası
  • 14 okt 2026 - 14 okt 2026


İlk dəfə! Dünya klassikasının nadir inciləri bir arada!
​"Nadir Events" klassik musiqi sevərləri Vyananın ehtişamının, dəbdəbəli balların ab-havasının və ölməz əsərlərin yenidən canlanacağı unudulmaz və möhtəşəm bir gecəyə dəvət edir.
​Bu unikal layihədə musiqi tarixinin ən dahi bəstəkarlarının  milyonların qəlbini fəth etmiş uverturaları, coşqun polkaları və təbii ki, zamanı durduran o məşhur Vyana valsları səslənəcək. Gözlərinizi yumun və özünüzü Vyananın əfsanəvi Qızıl Salonunda təsəvvür edin. Burada vals səslənəndə zaman susur, musiqi danışır...
​Xatirələrinizdə xüsusi yer tutacaq və sizi nağılvari bir payız axşamına aparacaq bu konserti özünüzə və sevdiklərinizə hədiyyə edin.
​Diqqət! Yerlərin sayı məhduddur. Unudulmaz duyğularla dolu bir axşama şahidlik etmək üçün biletlərinizi indidən əldə etməyə tələsin!

"Azərbaycan Dövlət Akademik Filarmoniyası"