6 Nömrəli Palata
Tamaşa- Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu
- 13 dek 2026 - 13 dek 2026
«Молчи и танцуй» teatrı təqdim edir: teatr sənətinin estetikası və küçə rəqslərinin ekspressiyası A.P. Çexovun “6 nömrəli palata” povestinin yeni yozumunda.
Bu, əzilən, lakin azadlığa və işığa can atan bir ruhun hekayəsidir.
Çılpaq, köhnəlmiş divarlar, cırıltılı və qırıq-taxta döşəmələr, insanı sıxan və narahat edən qaranlıq — sizi məhz belə qarşılayır 6 nömrəli palata. Orada, qaranlığın içində, təlaşlı hərəkətlər və tezləşən nəfəs səsləri eşidilir...
Nəhayət, xəstəxananın solğun işığı yanır və qarşınızda bu palatanın xəstələrinin dünyası bütün ağrılı detalları ilə canlanır. Onlardan heç biri danışmır, hərəsinin həyata öz baxışı və öz xəstəlik hekayəsi var. Onları dəli hesab edirlər, bəs doğrudanmı belədir?
Siz görəcəksiniz ki, palatanın yeni sakini İvan Dmitriyeviç Qromovun gəlişi digər xəstələrə və onların həkimi Andrey Yefimoviçə necə təsir edir. Bu çılğınlığın içində gözətçi Nikitanın hansı rolu oynadığını öyrənəcək və bəlkə də dəliliyin qaranlığına qərq olaraq geri dönüş yolunu tapa biləcəksiniz.