image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənc səslər — gənclərə dəstək” adlı konsert

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənc səslər — gənclərə dəstək” adlı konsert

Konsert
  • Fidan Hacıyevanın vokal musiqi məktəbi
  • 20 sen 2026 - 20 sen 2026

Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənc səslər — gənclərə dəstək” layihəsinin növbəti möhtəşəm konsert proqramı təqdim olunacaq.

20 sentyabr tarixində “Mezzo” Konsert Zalında keçiriləcək konsertdə gənc və istedadlı vokalçılar klassik və opera musiqisinin seçilmiş nümunələrini tamaşaçılara təqdim edəcəklər.

Konsertdə Aişə Məmmədova, Ləman Babayeva, Fidan Əliyeva, Zümrüd Davudova, Məhəmməd Şəmmədov və Aysu Səmmədli iştirak edəcəklər.

Gənc ifaçıların peşəkar səhnə təcrübəsi qazanmasına və yaradıcılıq potensiallarının inkişafına dəstək vermək məqsədi daşıyan bu konsert musiqisevərlərə unudulmaz sənət axşamı bəxş edəcək.

"Fidan Hacıyevanın vokal musiqi məktəbi"

Keçiriləcəyi yer

Fidan Hacıyevanın vokal musiqi məktəbi