85 il sonra
Konsert- Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalı
- 06 sen 2026 - 06 sen 2026
Əziz musiqisevərlər!
6 sentyabr 1941-ci ildə Bakı Filarmoniyasında maestro Niyazi və bəstəkar Tofiq Quliyevin rəhbərliyi ilə Dövlət Caz Orkestrinin ilk konserti baş tutmuşdur.
85 il sonra, eyni tarixdə və eyni səhnədə Arzu Həsənli etno-caz proqramı çərçivəsində müəllifi olduğu bəstələri bu janrın tanınmış musiqiçiləri ilə birlikdə təqdim edəcək.
Yubiley konsertində həmçinin Təbriz əsilli, hazırda İstanbulda yaşayan caz müğənnisi Sənəm Əbdüləzimzadə də iştirak edəcək. O, "Xarıbülbül" festivalındakı yaddaqalan çıxışı ilə dinləyicilərin rəğbətini qazanıb. Sənətçinin repertuarında həm Azərbaycan, həm də xarici bəstəkarların əsərləri yer alır.
Gecənin xüsusi qonağı tanınmış tarzən Şəhriyar İmanov olacaq.
Sizi Azərbaycan Dövlət Cazının 85 illiyinə həsr olunmuş möhtəşəm etno-caz konsertinə dəvət edir, bu əlamətdar günü birlikdə qeyd etməyə çağırırıq!
Keçiriləcəyi yer
Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalıDigər tədbirlər
-
Açıq Havada Retro Axşamı. Şam işığında konsert. Candlelight Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalı
11 iyl 2026 - 02 avq 2026 19:00 -
Açıq Havada Şam İşığı konserti - Hans Zimmer, Ludovico Einaudi & Joe Hisaishi. Film musiqiləri. Candlelight Baku Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalı
11 iyl 2026 - 08 avq 2026 20:45 -
Hans Zimmer, Ludovico Einaudi & Yann Tiersen — Film Musiqiləri Gecəsi | Şamlar Əhatəsində Kapellhaus
12 iyl 2026 - 19 iyl 2026 18:30