image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Film musiqiləri axşamı. Şam İşığı konserti - Hans Zimmer, Ludovico Einaudi & Ennio Morriconei. Candlelight

Film musiqiləri axşamı. Şam İşığı konserti - Hans Zimmer, Ludovico Einaudi & Ennio Morriconei. Candlelight

Konsert
  • Kamera və orqan musiqisi zalı
  • 26 sen 2026 - 26 sen 2026

Candlelight Baku – Azərbaycanın ilk Şam İşığı Konsertləri layihəsidir.

2.500 şamın əhatəsində, Kilsənin ecazkar atmosferində — Hans Zimmer, Ludovico Einaudi, Ennio Morricone axşamı

26 sentyabr dünya kino və müasir klassik musiqisinin ən görkəmli bəstəkarları Hans Zimmer, Ludovico Einaudi və Ennio Morricone-yə həsr olunmuş şam işığı konserti Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında baş tutacaq.

Bu unudulmaz musiqi təcrübəsinin bir parçası olun və yerinizi öncədən alın. Şam işığında musiqinin sehrini canlı yaşamaq fürsətini qaçırmayın.

- Hans Zimmer — Gladiator, Inception, Interstellar... Kino tarixinin ən tanınan bəstəkarı. Ekranda hiss etdiklərinizi indi şam işığında təcrübə edəcəksiniz.
- Ludovico Einaudi — sadə, dərin, unudulmaz.  ⁠⁠İtalyan minimalizminin ən sevilən səsi - hər notu dinləyicini duyğularının dərinliyinə aparır.
- Ennio Morricone — kino musiqisinin əfsanəsi. The Good, the Bad and the Ugly, Cinema Paradiso, Once Upon a Time in America kimi unudulmaz filmlərin musiqiləri ilə kino tarixində silinməz iz qoymuş bəstəkar.

Londondan Parisə, Nyu-Yorkdan İstanbula — dünyanın dörd bir yanında tarixi tikililərdə milyonlarla insanı heyran edən şam işığı konsertləri artıq Bakıda və regionlarda iki ildir fəaliyyət göstərir. 🌍

🕯️ Müddət: 60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır — vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur)

♿ Əlçatanlıq: Məkan əlil arabası üçün uyğundur

Qeyd: Candlelight Ensemble – Bakının ilk yerli şam işığı konsertləri layihəsi - Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, fortepiano, zərb aləti və genişləndirilmiş simli tərkibdən ibarət (violin, viola, violonçel,kontrabas) seçilmiş musiqi ansamblıdır. Kollektiv beynəlxalq və respublika müsabiqələrinin laureatları və Əməkdar Artistlərin iştirakı ilə yüksək peşəkarlığı təmsil edir. Ansamblın zərif səslənməsi və yüksək səhnə mədəniyyəti hər ifanı minlərlə şam işığı fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir.

 

 

 

 

"Kamera və orqan musiqisi zalı"

Keçiriləcəyi yer

Kamera və orqan musiqisi zalı