image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Gülüstan

Gülüstan

Tamamlandı Tamaşa
  • Gəncə Dövlət Milli Dram Teatrı
  • 17 may 2026 - 17 may 2026


"Gülüstan”  

Müəllif: Vaqif Əmiraslan       

Quruluşçu rejissor: Fuad Cavadzadə

Rollarda:  Pərvanə Qurbanova (Xalq artisti), İlham Hüseynov (Əməkdar artist), Novruz Cəfərov (Əməkdar artist), Kəmalə Məmmədova (Əməkdar artist), Emil Salmanov, Zeynəb Hüseynova, Mətləb Təhmazi, Samir Abbasov, Zəminə Cəfərova, Sevinc Hüseynova, Aysu Kəngərli, Mayan Hüseynova, Rəvan Hüseynov, Səma Əlizadə, Fərid Vəliyev, Ümid Orucov, Rauf Hüseynov, Elnur Abbasov, Elmir Məmmədov, Ceyhun Qurbanov, Akif Səfərov, Şükufə Salmanova, Şəlalə Rüstəmova, Nailə Əhmədova, Elvin Alnağıyev, Seymur Məmmədov, Zülfiyyə Əliyeva

Janr: real həyat hadisələri üzərində qəhrəmanlıq dramı

Tamaşanın müddəti: 1 saat 20 dəq

Tamaşa 44 günlük Vətən müharibəsindən bəhs etməklə real həyat hadisələri üzərində qələmə alınmış qəhrəmanlıq dramıdır. Cərəyan edən hadisələr 44 günlük Vətən müharibəsi dövründə cəbhə xəttində və arxa cəbhədə paralel şəkildə inkişaf edir. Süjetin mərkəzində Vətən uğrunda döyüşən əsgərlər və onların ailələrinin taleyi dayanır. “Gülüstan” adı həm doğma torpağa bağlılığı, həm də azadlıq uğrunda verilən qurbanların simvolu kimi təqdim olunur.

Baş qəhrəmanlar müharibənin ağır sınaqlarından keçərək qorxu, itki və ümid arasında mübarizə aparır. Döyüş səhnələri ilə yanaşı, əsərdə anaların, bacıların və sevdiklərin yaşadığı mənəvi gərginlik də təsvir edilir. Real hadisələrə əsaslanan süjet şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsini əbədiləşdirir və vətənpərvərlik ruhunu ön plana çəkir. “Gülüstan” pyesi  Vətən sevgisi, birlik və fədakarlıq ideyalarını əks etdirən, müharibənin həm cəbhədə, həm də insan ruhunda yaratdığı izləri göstərən təsirli qəhrəmanlıq dramı olaraq təqdim edilir.

Tədbirdən sonra materiallar

Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.

"Gəncə Dövlət Milli Dram Teatrı"